Xidmətlər

  Kompüter kursları
  Mühasibat kursları
  Tərcümə xidməti
  Kompüter xidmətləri
  Conversation Clubs
  Dil kursları
  Online dərslər
  Bank işi
  Dəqiq fənlər
  Dövlət Qulluğu

MODAL FELLƏR.

  

  Modal fellərdən məsdər vasitəsilə göstərilən hərəkətə danışanın münasibətini   bildirmək üçün istifadə olunur.Onlar məsdər vasitəsilə ifadə olunan hərəkətin nə qədər mümkün,qeyri-mümkün,

ehtimal olunan,az ehtimal olunan,məcburi,lazımi,məsləhətli,şübhəli,qeyri-dəqiq

və s.olduğunu bildirir.

   Modal fellər bunlardır:can (could),may (might),must,should,ought to,need,to be able to,have to və s.

  

 

 

CAN VƏ COULD

   Can bir şəxsin qalbil olduğu,bacardığı hərəkəti bildirir.Can indiki zamanda,could isə keçmiş zamanda işlənir.Məs:

Mən üzməyi bacarıram-I can swim.

   Sual cümlələrini qurarkən can və ya could mübtədadan əvvəl (yəni cümlənin əvvəlində) işlənir.

Məs:

Sən üzməyi bacarırsan?- Сan you swim?

   Sual cümlələrini düzəltmək üçün can –dən sonra not inkar hissəciyi işlədilir.Məs:

Mən üzməyi bacarmıram –I can not swim.

Qeyd:can not = cann’t

   Keçmiş zaman üçün could işlənilir.Məs:

Onlar maşın sürməyi bacarırdılar –They could drive a car.

Onlar maşın sürməyi bacarırdılar? –Could they drive a car?

Onlar maşın sürməyi bacarmırdılar –They could not drive a car.

   Amma bəzən elə olur ki,həm can,həm də could indiki zaman mənalı cümlələrdə işlənir.Bu,aşa-

dakı hallarda baş verir:

1)bir kəsdən nə isə etmək xahiş olduqda;

Çantamı apara bilərsən? –Could you carry my bag?  və ya Can you carry my bag?

2)bir kəs nəsə xahiş etdikdə;

Bu kitabı götürə bilərəm?  -Could I have this book? və ya Can I have this book?

YADDA SAXLA! Can və could-dan sonra to məsədər hissəciyi işlənmir!

 They can swim (They can to swim ola bilməz)

 

 

 

TO BE ABLE TO

  Bu,can modal felinin sinonimidir.Lakin ondan fərqli olaraq to be able to bütün zamanlarda işlənir.Məs:

She is able to run –O,qaçmağı bacarır.

He was able to fight –O,vuruşa bilirdi.

Onlar səmaya uça biləcəklər –They will be able to fly to the sky/

Sual cümlələrində yalnız to be hissə mübtədadan əvvəl işlənir.Məs:

İs he able to read the book?

Are you able to fly to the sky?

İnkar cümlələrində to be formalarından sonra not inkar hissəciyi işlənir.Məs:

They are not able to buy this book.

                                                                    

 

 

MAY VƏ MİGHT

Modal fellərdən biri olan may mümkünlük bildirir.Azərbaycan dilinə ola bilər,mümkündür   kimi

tərcümə edilir.May və might hər ikisi indiki zamanda işlənə bilsədə,keçmiş zamanda yalnız might işlənir.Məs:

O,gələn həftə Londona gedə bilər –She may (or might) go to London next week.

Amma:O,keçən həftə Londona gedə bilərdi –She might (may ola milməz!) go to London last week.

Sual və inkar cümlələrində may və might mübtədadan əvvəl işlənir.İnkarda not inkar hissəciyin-

dən istifadə olunur.Məs:

Ola bilər ki,siz bu gün kinoya gedəsiniz? –May you go to the cinema today?

Ola bilər ki,onlar bu gün kinoya getməsinlər-They may not (might not) go to the cinema.

YADDA SAXLA!May və might modal fellərindən sonra to məsdər hissəciyi işlənmir.

You may (might) go out (may to go ola bilməz!)

 

 

MUST

Bu modal fel vacibliyi bildirir.Azərbaycan dilinə -malı,-məli kimi tərcümə olunur.

Must yalnız indiki zamanda olan hərəkətlərə aid işlənir.Sual cümlələrində o,mübtədadan əvvəl işlənir,inkarda isə özündən sonra not əlavə edilir.Must to məsdər hissəciyi olmadan işlənir.Məs:

Sən bu kitabı oxumalısan- You must read this book.

Sən bu kitabı oxumakısan? Must you read this book?

Sən bu kitabı oxumamalısan-You must not read this book.

 

 

 

HAVE TO

Have to məcburiyyət bildirir.Üçüncü şəxsin təkində has to işlənir.Məs:

I have to do

You have to do

He has to do

She has to do

It has to do

We have to do

They have to do

Have to must –ın sinonimidir.Onlar arasında bir sıra fərqlər var:

1)Must bizim öz şəxsi fikirlərimizi ifadə etmək üçün işlədilir.Məs:

O,qəşəng qızdır.Sən onunla görüşməlisən –She is a nice girl.You must meet her.

Ancaq biz have to –nu faktlar üçün işlədirik.Məs:

Əksər ölkələrdə kişilər hərbi xidmət çəkməli olurlar –In most countries men have to do the military service.

Lakin bir çox hər ikisi işlənə bilər.

2)Have-dən sonra mütləq to işlənməlidir:

They have to hurry.

3)Have to zamana görə dəyişir.Onun keçmiş zaman forması had to –dur.

O,dünən məktəbə getməli oldu-She had to go to school yesterday.

4)Have to ilə olan cümlələrin sual formasını do,does və did köməkçi felləri vasitəsilə düzəldirik:

Sən hər gün məktəbə getməli olursan?-Do you have to go to school every day?

O,gər gün işə getməli olur? –Does he have to go to üork every day?

Onlar dünən kinoya geməli oldular? –Did they have to go to the cinema yesterday?

İnkar cümlələrdə do not,does not və did not işlənir.

He does not have to go to school.

You did not have to go to the dentist yesterday.

 

NEED

Need ehtiyacı olmaq,lazımı olmaq kimi tərcümə olunur.O,həm də əsas feldir.Əsas fel kimi özündən sonra to məsdər hissəciyi işlənir.Modal fel kimi isə özündən sonra to hissəciyi işlənmir.

Məs:

Sənin maşın almağa ehtiyacın var-You need buy a car (need modal fel kimi)

Onların kitab almağa ehtiyacı var-They need to buy a book (need əsas fel kimi)

Əsas fel kimi işləndikdə onun sualı do,does,did,inkarı isə do not,does not,did not ilə düzəlir:

Do you need to buy a car? You do not need to buy a car.

Modal fel kimi isə need sual cümlələrdə mübtədadan əvvələ keçir,inkarda need not işlənir:

Need they buy this book? You need not buy this book.

 

SHOULD

  Bu modal fel ediləcək hərəkətin məsləhətli oloduğunu,doğru fikir olduğunu bildirir,gərək kimi tərcümə olunur.Sual və inkar cümlələr should vasitəsilə düzəlir.Məs:

Sən gərək ailənə baş çəkəsən- You should visit your family.

Sən gərək ailənə baş çəkəsən?-Should you visit your family?

Sən gərək ailənə baş çəkməyəsən-You should not visit your family.

Məncə (I think),məncə belə deyil (I don’t think) kimi birləşmələrlə adətən should işlənir.Məs:

Səncə mən gərək bu yupkanı alım? Do you think I should buy this skirt?

Məncə sən gərək bu yupkanı alasan-I think you should buy this skirt

Məncə sən gərək bu yupkanı almayasan-I don’t think you should buy this skirt.

 

 

OUGHT TO

Bu,should modal felinin  sinonimidir.Onlar arasında yalnız bir fərq var:ought –dan sonra mütləq to işlənməlidir.Məna isə eynidir.İnkar və sual cümlələri özü ilə düzəlir.Məs:

Onlar gərək yatsınlar-They ought to sleep.

O gərək yatsın? –Ought he to sleep?

Sən gərək yatmağa belə tez getməyəsən –You ought not to sleep so early.

Xəbərlər

18:01:2013
“PİRAMİDA“ Təhsil Mərkəzinin yeni ünvanı
30:09:2011
Sosial şəbəkələr və onların insan həyatında rolu
10:09:2011
Piramida Təhsil Mərkəzi ilə Dr.Web antivirus proqram təminatı şirkəti arasında 2 tərəfli əməkdaşılıq müqaviləsi imzalanmışdır.

Partnyorlar

 
 
 

web analyzer