İngilis dili kursu - Bələdçilər üçün

İngilis dili kursu - Bələdçilər üçün

Turistlərin unutmayacağı bir bələdçi Ol!

Dünyanın hər yerindən Azərbaycana gələn turistlər burada olduqları müddətdə tariximiz, mədəniyyətimiz, mətbəximiz haqqında ətraflı məlumat əldə etmək, Azərbaycanda keçirdikləri istirahətlərini unudulmaz etmək istəyirlər.
Bunun üçün onlarla beynəlxalq ünsiyyət dilində, yəni ingilis dilində danışa bilən bələdçilərə ehtiyac var. Turistlərin sayı artdıqca bələdçilərin də sayının artması vacibdir. İngilis dilində gözəl danışa və anlaya bilən bələdçilər ölkəmizin simasını turistə doğru istiqamətdən tanıda, onların istəklərini həyata keçirə, istirahətlərinin əla keçməsi üçün səy göstərə bilərlər. İstənilən ölkənin turizmində bu, olduqca əhəmiyyətli məqam hesab olunur.
Belə bir tələbin olduğunu nəzərə alaraq Piramida Təhsil Mərkəzi yeni “Bələdçilər üçün ingilis dili” kurslarına start verir.
Siz bizim kurslarımıza yazılmaqla yüksək səviyyədə ingilis dilinə yiyələnəcək, turistlərlə danışıq tərzini öyrənəcək və ölkəmizin, şəhərimizin tarixi haqqında məlumatlar əldə edəcəksiniz. Biz sizi turistlərin unutmayacağı bir bələdçi edəcəyik!


Piramida Təhsil Mərkəzi bu sahədə sizə aşağıdakı xidmətləri təklif edir:
1. B2 səviyyəsinə qədər ingilis dilinin tədrisi
2. Turistlərlə danışıq üsulları
3. Fərqli ləhcələrlə ingilis dilində danışan turistləri anlamaq, onlarla ünsiyyət qurmaq
4. Audio və video dərslər
5. Kursumuzun kitabxanasından pulsuz istifadə
6. Şəhərimizdəki əsas turistik obyektlərin, tarixi abidələrin, küçələrin tarixi haqqında müfəssəl məlumat
7. Turizmdə daha çox istifadə olunan ingilis dilindəki sözlərin ətraflı öyrədilməsi


Kurs yekunlaşdıqdan sonra bu dərsləri bitirən tələbələrimiz arasında imtahan keçiriləcək və ən yaxşı nəticə əldə edən tələbələrimiz turizm sahəsində çalışan şirkətlərdə işlə təmin olunacaq.
Əlavə məlumat üçün zəng edin:

 

Tez-tez verilən suallar
Ümumi məlumatlar:
Başlama tarixi:
03-May-2024
Ümumi müddət:
2 ay
Tələbə sayı:
Fərdi
Aylıq qiymət:
150 azn
Aylıq dərs saatı:
12 saat
Kursun formatı:
Əyani və ya Onlayn

Xarici dil və Kompüter kursları. Qiymətlər və Şərtlər

Ən çox tələb olunan kompüter və xarici dil kursları. Ofis proqramları kursu, Qrafik dizayn kursu, İngilis Dili Kurslarıı 28 may, Rus Dili Kursu Onlayn, Azərbaycan dili kursları, Fransız dili kursu, Pulsuz Təlimlər, Online kurslar, iş elanları. Peşə hazırlığı kursları. Kompüter Təmiri və proqramlaşdırma