İvrit dili kursu - Bələdçilər üçün

İvrit dili kursu - Bələdçilər üçün

Turistlərin unutmayacağı bir bələdçi Ol!

Ölkəmizdə keçirilən I Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi oyunları və digər bu kimi beynəlxalq tədbirlər Azərbaycanımızın hər yerdə tanınmasına və bunun nəticəsində vətənimizə turist axınına səbəb olur. Dünyanın hər yerindən Azərbaycana gələn turistlər burada olduqları müddətdə tariximiz, mədəniyyətimiz, mətbəximiz haqqında ətraflı məlumat əldə etmək, Azərbaycanda keçirdikləri istirahətlərini unudulmaz etmək istəyirlər.

Bunun üçün onlarla danışa bilən bələdçilərə ehtiyac var. Turistlərin sayı artdıqca bələdçilərin də sayının artması vacibdir. Azərbaycana gələn qonağın dilində gözəl danışa və anlaya bilən bələdçilər ölkəmizin simasını turistə doğru istiqamətdən tanıda, onların istəklərini həyata keçirə, istirahətlərinin əla keçməsi üçün səy göstərə bilərlər. İstənilən ölkənin turizmində bu, olduqca əhəmiyyətli məqam hesab olunur.

Belə bir tələbin olduğunu nəzərə alaraq Piramida Təhsil Mərkəzi yeni “Bələdçilər üçün ivrit dili” kurslarına start verir.
Siz bizim kurslarımıza yazılmaqla yüksək səviyyədə ivrit dilinə yiyələnəcək, turistlərlə danışıq tərzini öyrənəcək və ölkəmizin, şəhərimizin tarixi haqqında məlumatlar əldə edəcəksiniz. Biz sizi turistlərin unutmayacağı bir bələdçi edəcəyik!
Kurs yekunlaşdıqdan sonra bu dərsləri bitirən tələbələrimiz arasında imtahan keçiriləcək və ən yaxşı nəticə əldə edən tələbələrimiz turizm sahəsində çalışan şirkətlərdə işlə təmin olunacaq.

Tez-tez verilən suallar
Ümumi məlumatlar:
Başlama tarixi:
14-Oktyabr-2024
Ümumi müddət:
3 ay
Tələbə sayı:
Fərdi
Aylıq qiymət:
250 azn
Aylıq dərs saatı:
12 saat
Kursun formatı:
Əyani və ya Onlayn

Xarici dil və Kompüter kursları. Qiymətlər və Şərtlər

Ən çox tələb olunan kompüter və xarici dil kursları. Ofis proqramları kursu, Qrafik dizayn kursu, İngilis Dili Kurslarıı 28 may, Rus Dili Kursu Onlayn, Azərbaycan dili kursları, Fransız dili kursu, Pulsuz Təlimlər, Online kurslar, iş elanları. Peşə hazırlığı kursları. Kompüter Təmiri və proqramlaşdırma