1C mühasibat kursları

1C mühasibat kursları

Öz mühasibat hesabatlarınızı daha da tez və peşəkar aparın!

1C proqramı istənilən növ müəssisələrdə mühasibat uçotu işini avtomatlaşdırmaq arzusunda olan mühasiblər üçün nəzərdə tutulub. Bu proqram həm yeni işə başlayan, həm də təcrübəli mühasiblər üçün faydalıdır.

Sizin 1C proqramında işə sıfırdan başlamağınızdan və ya işlədiyiniz müəssisədə 1C proqramının çoxdan istifadə olunmasından asılı olmayaraq, “Piramida” Təhsil Mərkəzinin təşkil etdiyi 1C kurslarında Siz bu proqramın bütün incəliklərini öyrənəcəksiniz.

Kurs müddətində Siz 1C proqramının funksional düymələrini, bazaların yaradılması, arxivləşdirilməsi, məlumatların surətinin çıxarılması və hesabatların hazırlanması qaydaları ilə tanış olacaqsınız.

Bir sözlə, proqrama girişdən başlayaraq, lazımı yekun hesabatların çıxardılmasına və onların analizinə kimi aparılan bütün əməliyyatlarla bağlı suallarınıza cavab alacaqsınız.

“Piramida” Təhsil Mərkəzinin 1C proqramı üzrə kurslarının əsas fərqi dərslərin yalnız nəzəriyyə üzrə deyil, həm də təcrübə üzrə keçirilməsidir. Dərslərdə dinləyicilər 1C proqramında müxtəlif konfiqurasiyalar yaradaraq praktik nümunələr əsasında obyektlərlə və sistem mexanizimləri ilə tanış olacaq, onlar üzərində ilk vaxtlar sadə əməliyyatlar, tədrisin sonunda isə mürəkkəb əməliyyatlar yerinə yetirəcəklər.

Hər bir dinləyici peşəkar müəllimlərimizin məsləhətlərindən yararlanaraq, praktik məşğələlərdə uğurun zirvəsini fəth edəcək.

1C proqramının tədrisi zamanı dərslər hər bir tələbəyə fərdi yanaşma metodu üzrə keçirilir.

Biz inanırıq ki, siz “Piramida” Təhsil Mərkəzinin təşkil etdiyi 1C kurslarında iştirak etdikdən sonra öz mühasibat hesabatlarınızı daha da tez və peşəkar aparacaqsınız!

Tez-tez verilən suallar
Ümumi məlumatlar:
Başlama tarixi:
14-Noyabr-2023
Ümumi müddət:
1 ay
Tələbə sayı:
Fərdi
Aylıq qiymət:
300 azn
Aylıq dərs saatı:
12 saat
Kursun formatı:
Əyani

Ən çox müraciət edilən kurslar

Komputer kurslari 2023 Bakida kurslar ucuz qiymete komputer kurslari Ofis proqramları kursu. ✔️ Word, Excel, PowerPoint proqramlarının tədrisi