Microsoft Word proqramı üzrə kurs - praktik əsaslı dərslər

Microsoft Word proqramı üzrə kurs - praktik əsaslı dərslər

Word proqramı ilə istənilən sənədi çox asanlıqla və vaxt itirmədən tərtib et!

Microsoft Word - dünyada ən geniş yayılmış  mətn redaktoru proqramıdır. Ofis proqramları paketinə daxil olan bu proqram müxtəlif növ mətn sənədlərinin (sadə mətnlər, məktublar, rəsmi sənədlər, hesabatlar, bukletlər, diaqramlar, sxemlər və s.) hazırlanması və oxunması üçün istifadə olunur.
MS Word proqramını istənilən ofis əməkdaşı (menecer, katibə, mühasib, rəhbər şəxs və s.), müxtəlif peşə sahibləri (mühəndis, həkim, müəllim və s.), məktəb şagirdləri və tələbələr bilməlidir.
Microsoft Word proqramını öyrəndikdən sonra siz, kompyuterdə müxtəlif məqsədlər üçün yazılar yaza biləcək (ev tapşırıqları, ərizələr, günlük qeydlər, məqalələr, cədvəlli yazılar və s.) və bu yazıları printer vasitəsilə çap edəcəksiniz. Eyni zamanda cədvəllər düzəldəcək, yazılarınıza şəkillər əlavə edəcək və bu şəkillərdən istifadə edərək kartvizitlər, dəvətnamələr və elanlar hazırlayacaqsınız.
Piramida Təhsil mərkəzində Microsoft Word proqramı üzrə dərsləri, çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. 
Tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə geniş yer verilir. Əsas məqsədimiz  həm kurslarımızda, həm də evə verilən tapşırıqlarda, tələbələrin praktiki vərdişlərə daha dərindən yiyələnməsidir.
Öz karyera yüksəlişinizi və arzularınızı gerçəkləşdirməyə Piramida Təhsil mərkəzinin təqdim etdiyi komputer kursları ilə başla! 

Tez-tez verilən suallar
Ümumi məlumatlar:
Başlama tarixi:
21-Avqust-2023
Ümumi müddət:
1 ay
Tələbə sayı:
3-4 nəfərlik qrup
Aylıq qiymət:
60 azn
Aylıq dərs saatı:
12 saat
Kursun formatı:
Əyani

Ən çox müraciət edilən kurslar

Komputer kurslari 2023 Bakida kurslar ucuz qiymete komputer kurslari Ofis proqramları kursu. ✔️ Word, Excel, PowerPoint proqramlarının tədrisi